“ABŞ bu sanksiyalara hələ ki, qoşulmayıb, amma bu, olmasa belə, G7 ölkələri ilə birlikdə qərar verəcəyik”, - Kallas bildirib.
Mənbələrin məlumatına görə, Aİ ölkələri Rusiya neftinin ən yüksək satış qiymətinin bir barel üçün 60 dollardan 45 dollara endirilməsini və ya qiymətin bazar qiymətindən 15% aşağı olacağı çevik mexanizmin tətbiqini müzakirə edir.
Kaya Kallasın iddiasına görə, Aİ üçüncü həftədir Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə “çox yaxındır”. Aİ diplomatiyasının rəhbəri yekun razılaşmanın “bu gün və ya sabah” əldə olunacağına ümid etdiyini bildirib. Yeri gəlmişkən, iyunun 23-də nazirlərin əvvəlki iclasında da xanım Kallas oxşar bəyanatla çıxış etmişdi.
Lakin hazırda Slovakiya və Maltanın Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbul olunmasını əngəllədikkləri məlum olub.
|
|
Rusiya neftini daşıyan tankerlər ABŞ sanksiyalarına görə lövbər saldı |
Xatırladaq ki, 2022-ci il dekabrın 5-dən Aİ və G7 ölkələri Rusiya neftinin qiymətinin bir barreli üçün 60 dollar səviyyəsində yuxarı hədd tətbiq edib. Bu ölkələrin gəmi sahiblərinə həmin qiymətdən yuxarı müqavilələr əsasında Rusiya neftini daşımaq qadağandır.
Bu, sanksiyalara məhəl qoymayaraq bazar şəraitində Rusiya ilə fəaliyyətini davam etdirən “kölgə donanması”nın – özəl daşıyıcıların yaranmasına gətirib çıxardı. Aİ mütəmadi olaraq belə tankerlərə qarşı məhdudiyyətlər tətbiq edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


